Qısa məzmun
Unibank Kommersiya Bankı Rəqəmsal məhsullar üzrə Dizayner vəzifəsi üzrə vakansiya elan edir. iOS və Android təlimatlarını bilməlidir.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/l2g62inj
Təsvir
- Mövcud mobil və veb məhsulları inkişaf etdirmək,
- iOS, Android, macOS, Windows və Veb platformalarında kompleks korporativ məhsulların dizaynını həyata keçirmək;
- Mövcud dizayn sistemi daxilində interfeyslərin hazırlamaq;
- Mövcud dizayn sistemlərini dəstək və inkişaf etdirmək;
- Müxtəlif avtomatlaşdırılmış sistemlər (AS) və mobil proqramlar (MP) üçün konsepsiyalar hazırlamaq;
- Hazırlanmış sistem çərçivəsində istifadəçi interfeyslərini inkişaf etdirmək, həmçinin istifadəçi interfeysi ilə qarşılıqlı əlaqənin mexanikasını düşünmək;
- Texniki layihələndirmə işlərini yerinə yetirmək;
- Layihələrin həyata keçirilməsinə innovativ yanaşmanın axtarışında iştirak etmək.
Tələblər
- iOS və Android təlimatlarını bilmək;
- İstifadəçi interfeysi dizaynında 2 ildən çox təcrübə;
- Peşəkar proqramlar üzrə biliklər: Figma, Adobe Creative Cloud məhsulları ilə işləmək bacarığı;
- Biznes proseslərinin avtomatlaşdırılması və avtomatlaşdırılmış sistemlərin dizaynı üzrə biliklər;
- Sərbəst rus dili və ya ingilis dili biliyi (hazırladığı həlləri səlis müdafiyyə edə biləcək dərəcədə);
- Bankın müxtəlif biznes bloklarının (biznes prosesləri, məhsulları) işinin xüsusiyyətlərini başa düşmək;
- Kompozisiyanın, tipoqrafiyanın, rəngin və formanın əsaslarını bilmək;
- Ünsiyyətcil, komanda ilə işləmək bacarığına sahib olmaq.
Qeyd: CV-də portfolio linki qeyd etməyiniz xaiş olunur
Oxşar vakansiya siyahısı:
Java backend developer (Middle)
Expressbank ASC Java backend developer (Middle) vəzifəsi üzrə vakansiya elan edir. ...
Proqramçı
Do IT MMC Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. ...