Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PASHA Bank Korporativ Kredit Risk Anderrayteri vəzifəsi üzrə vakansiya elan edir. Kompüter bilikləri: Microsoft Office bilməlidir.
Vəzifənin məqsədi:
- Müştəri bazasının keyfiyyətinə əmin olaraq Bankın potensial itki risklərini minimuma endirmək məqsədi ilə Korporativ Bankçılıq üzrə potensial borc alanlarla bağlı kredit riski təhlilini etməyə cavabdehdir.
Vəzifə öhdəlikləri:
- Kreditlərin Strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqini təmin etmək
- Kredit Komitəsində və yaxud birbaşa Kredit Risklərinin Anderraytinqi departamentinin səlahiyyətində olan kreditlər üzrə son qərarın verilməsi məqsədilə kredit ərizələrinin şöbə rəhbərinə təqdim edilməsi
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq
- Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi işini həyata keçirmək
- Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi
Tələb edilən bilik, bacarıq və təcrübə:
- Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
- İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, CFA (Sertifikatlaşdırılmış maliyyə təhlili), ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə Sertifikatlara üstünlük verilir.
- Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir
- Kompüter bilikləri: Microsoft Office
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Korporativ Kredit Risk Anderrayteri” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz
Oxşar vakansiya siyahısı:
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...