Qısa məzmun
Ricon MMC Smeta mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. İqtisadıyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilməlidir.
Vəzifə öhdəlikləri:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı (Dəmir beton, metal konstruksiya, melarasiya vb)
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi
- Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək
- Layhəyə əsasən iş həcmlərinin çıxarılması
- Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb layihə rəhbərinə təqdim olunması; Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək
- Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi)
- Əmək-haqqqi və içra fondlarını hazırlamağı
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
- Sahələrdən gələn texniki hesabatların yoxlanmasını
- Layihədəki büdcə risklərin analizi
- Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili
- Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
- Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
- Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi;
- Tikinti materialları və inventarına nəzarət;
- Layihə ilə bağlı proqresin sənədləşdirilməsi
- Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
Namizədə dair tələblər:
- Mühəndis / memar ixtisası üzrə ali təhsil
- Minimum 5 il müvafiq sahədə iş təcrübəsi
- Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri bilməli;
- Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını bilməli
- İqtisadıyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını.
- Mülkü,sənaye,yeraltı tikili və qurğuların,elektrik, mexaniki işlər,havalandırma,ventilyasiya,meliorasiya işləri üzrə bilikləri olan
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus
- Komputer bilikləri: Excel və AutoCAD, 1C proqramları üzrə biliklər
- Məsuliyyət, təşəbbüskarlıq,çeviklik,nəticə yönümlülük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
5 günlük iş qrafiki;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Smeta mühəndisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını hr@ricon.az elektron poçt ünvanına göndərə bilərlər.