Qısa məzmun
AIR Media şirkəti Açıq və qapalı məkanlarda Reklam Satışı üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifəyə aid qoyulan tələblər:
- Təhsil: Ali təhsil;
- Təcrübə: Korporativ satış sahəsində minimum 2 il;
- Dil bilikləri: Azərbaycan və rus dillərini mükəmməl bilməli (ingilis dili arzuolunandır)
Vəzifə öhdəlikləri:
- Müştərilər üçün təklif paketlərinin hazırlanması;
- Şirkətlərlə korporativ danışıqların aparılması;
- Satışların təşkili, planlaşdırılması və müqavilələrin bağlanması;
- Bazarın, rəqiblərin müntəzəm araşdırılması və təhlilinin aparılması;
- Görülən işlər barədə həftəlik, aylıq və illik hesabatların rəhbərliyə təqdim edilməsi;
- Müştəri bazası və yerli bazardakı trendlərin təhlilinin aparılması, müştərilərin tələblərini öncədən praqnozlaşdırılması.
Şəxsi keyfiyyətlər:
- Düzgün şifahi nitq qabiliyyəti və elektron yazışma qaydalarına riayət etməli;
- Analitik düşünmə qabiliyyətinə malik olmalı;
- Yüksək kreativlik və təşəbbüskarlıq;
- Detallara diqqət etməli, yaradıcı olmalı və təqib etməli;
- Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli;
- MS Office proqramlarını mükəmməl bilməli;
- Vaxtın düzgün idarə edilməsi;
- Daima üzərində işləməli .
Əlavə məlumatlar: Əmək haqqı: 650-800 AZN+bonus;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Açıq və qapalı məkanlarda reklam satışı üzrə mütəxəssis” yazmaqla elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...