Qısa məzmun
AzəriMed QSC şirkəti Kardlar Üzrə Mütəxəssis vakansiyasını elan edir. Səhiyyə portalından sərbəst istifadə etməyi bacarmalıdır.
Tələblər:
- Təcrübə: Minimum 3 il;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməli;
- Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliyə malik olmalı;
- MS Office proqramlarını və 1C proqramını yaxşı səviyyədə bilməli;
- Səhiyyə portalından sərbəst istifadə etməyi bacarmalı.
Vəzifə öhdəlikləri:
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, səhiyyə portalına daxil edilməsi;
- İşə qəbul, xitam, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
- Əməkdaşların iş vaxtının uçotuna nəzarət etmək və tabellərin hazırlanmasının təmin edilməsi;
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
- Aylıq, rüblük, yarımillik kadr hesabatlarının aparılması, Səhiyyə Nazirliyinin təlabatına əsasən hesabatların hazırlanması.İ.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- İş yeri : Nərimanov rayonu, Əhməd Rəcəbli 1/11
- Əmək haqqı: 700-800 AZN (Gross)
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində “Kadrlar üzrə mütəxəssis” qeyd edərək CV formasını cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...