Qısa məzmun
Abşeron Tikinti Materialları Mərkəzi şirkəti Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Daxil olan telefon zənglərinin cavablandırılması, müvafiq sistemdə qeydiyyatının aparılması, aidiyyatı üzrə yönləndirilməsi;
- Qeydiyyata alinmış müraciətlərin vaxtında həll olunmasını izləmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini etmək;
- Şirkətin göstərdiyi xidmətlər barədə müştəriləri məlumatlandırmaq
- Qonaqların qarşılanması və aidiyyatı şəxslərlə görüşünün təşkil edilməsi;
- Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili va beynəlxalq yazışmaların aparılması;
- Gələn və gedən sənədlərin qeydiyyatı və uçotunun aparılması;
- Dövlət və qeyri-dövlət təşkilatlarına rəsmi sənədlərin çatdırılması məqsədi ilə kuryer xidməti ilə əlaqə saxlanılması və işlərin koordinasiya edilməsi;
- Müəssisə direktorunun administrativ tapşırıqlarının yerinə yetirilməsi
- Fikrini aydın ifadə etmə va səlis danışıq qabiliyyəti;
Namizədə tələblər:
- Cins : qadın
- Dil biliyi: Azərbaycan və Rus dilində səlis danışıq.
- Təhsil: ali
- İş təcrübəsi: 1 il
- Kompüter bilikləri: MS Office proqramları (xüsusilə Word və Excel)
Digər məlumatlar:
- Əmək haqqı : 500 AZN
- Ünvan: Bakı, Lökbatan qəs., Xocasən yolu 57
- İş rejimi: 6 günlük
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron poçt ünvanına mövzu hissəsində Ofis meneceri qeyd edərək göndərə bilərlər. Seçilmiş nümayəndələrlə əlaqə saxlanılacaq.
Mənbə: JobSearch.az
Oxşar vakansiya siyahısı:
NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...