Topoqraf
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Makro 2000 şirkəti Topoqraf vəzifəsi üzrə vakansiya elan edir.

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

İnşaat obyektində yerinə yetiriləcək kompleks geodeziya işləri.

Layihələndirmə mərhələsi:

  • Topo-Plan (xəritə) tərtib olunması;
  • Geodeziya istinad şəbəkəsinin qurulması.

Mobilizasiya mərhələsi:

  • Geodeziya istinad şəbəkəsinin qurulması ( inşaat üçün sıxlaşdırılması );
  • Bina və qurğuların əsas inşaat oxlarının bölgü və nişanlanması;
  • Katlavanın konturlarının bölgü və nişanlanması;
  • Ərazində mühəndis hazırlıq işləri ( planirovka, yeraltı kommunikasiyalar və müvəqqəti yolların çəkilməsi və s. )

İnşaat mərhələsi:

  • Bina və qurğuların əsas inşaat oxlarının, onların konstruktiv elementlərin bölgü və nişanlanması;
  • Bina və qurğuların, mühəndis kommunikasiyaların yer-altı və yer üstü hissələrinin tikinti-quraşdıma işlərində xətti personala geodezik dəstəyin təmin edilməsi;
  • İnşaası başa çatmış elementlərin icra edici sxem və sənədlərinin tərtib oluması.

İnşaatın son mərhələsi:

  • İnşaat prosesində yerinə yetirilmiş geodeziya işlərinin nəticələri barədə texniki hesabatın tərtibi və təhvil verilməsi;
  • İcra edici Topoqrafik Baş-planın, icra , pofil və kəsiklərin tərtib olunması.

Tələblər:

  • Təhsil : Natamam ali
  • İş təcrübəsi : 3 ildən artıq
  • İş yeri :  Kəlbəcər rayonu
  • Gecələmək və qidalanma şirkət tərəfindən qarşılanır
  • Əmək haqqı: 900 – 1000 Azn ( müsahibə əsasında dəyişə bilər )
  • Cins : Kişi
  • Namizədə dair tələblər:
  • Təhsil: İnşaat layihələrində ən azı 3 il təcrübə;
  • Müvafiq normativ-texniki sənədlərin tələblərini bilməli;
  • Geodeziya avadanlıqları, onların istismarı və saxlanma qaydalarını;
  • Geodeziya işlərinin təşkili və texnologiyasını;
  • İnşaat və geodeziya xətalarını (toleranslarını) təyin etməli;
  • Microsoft office, AutoCad və s. soft proqram bilikləri.

Göstərilən tələblərə cavab verən Şəxslər Mövzu hissəsində “Topoqraf” yazaraq öz CV-lərini e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Mənbə: JobSearch.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı