Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Ziraat Bank Azərbaycan ASC Kredit Təhlili Departamenti Aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- 3 il kredit təşkilatında SME və ya korporativ kreditlərin verilməsi sahəsində təcrübə;
- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
- Əldə olunmuş məlumatlar əsasında sifariş olunan öhdəliklərin borcalan tərəfindən ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, proqnoz hesabatlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq;
- Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
- Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır;
- CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır (minimum ACCA F3 (Financial Accounting (FA)), CİMA CO1, CO2 sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək);
- Kompüter bilikləri (MS Office, Internet).
Əsas vəzifələr:
- Korporativ müştərilər üzrə geniş təhlil və monitorinq hesabatlarının (biznes fəaliyyətinin izahı, maliyyə hesabatlarının) hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər mart ayının 19-na qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit Təhlili” qeyd edilməsi vacibdir.
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...