Qısa məzmun
INNAB MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. BTP proqramı, 1 C 8.3 proqramında sərbəst işləmə bacarığı olmalıdır.
Partnyor olduğumuz şirkətlərdən birinə baş mühasib tələb olunur.
Namizədə tələblər:
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Ali təhsil;
- MS Office, BTP proqramı, 1 C 8.3 proqramında sərbəst işləmə bacarığı;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- İnternet-banking üzrə lazımi əməliyyatları və ödənişləri icra edə bilməli;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Beynəlxalq sertifikatının olması üstünlükdür.
İş haqqında məlumat:
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət;
- E-Qaimə fakturalarının və VHF yazılması gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə işləmək;
- Mühasibatlıq şöbəsinin işinin düzgün təşkilini təmin edən qaydaların aktuallığını mütəmadi yoxlamaq və yeniliklər təklif etmək;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək.
- Əmək haqqı – 2500 Azn
- Müraciət etmək istəyən namizədlər CV-lərini “Baş Mühasib” başlığı ilə hr@innab.org elektron poçt ünvanına göndərə bilər.
Oxşar vakansiya siyahısı:
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...