Qısa məzmun
Nukha Tour şirkəti SMM (Satış Meneceri)vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Rəhbərliyin göstərişinə əsasən eko turlar haqqında məlumatlar hazırlamaq;
- Mağaza və sosial media üzərindən satış həyata keçirmək;
- Sosial şəbəkələrdə və web-saytda turlar və məhsullar barədə məlumatları mütəmadi olaraq dərc etmək;
- Gündəlik, həftəlik və aylıq kreativ, orijinal və yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
- Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gələn şərh (rəy, mesaj) və soruğuları operativ cavablandırmaq;
- Sosial şəbəkələrdə reklam, aksiya və kompaniyaları yaratmaq və idarə etmək;
- Şirkətin sosial media hesablarının idarə olunması (Facebook, Instagram, Google Business, LinkedIn YouTube və TikTok) və müəyyən dövrlər üzrə hesabatların hazırlanması.
İş qrafiki: Həftə içi 11:00-19:00, altıncı gün 11:00-17:00;
Əmək haqqı: Sabit maaş 400 AZN + turlardan və mağazadakı satışlardan 10%-ədək bonuslar;
Başqa imtiyazlar: İstənilən tura ödənişsiz qoşulmaq, şəxsi istifadə üçün mağazadakı məhsulları öz dəyərinə əldə etmək və iş qrafikini qarşılıqlı razılaşdırmaqla dəyişdirmək imkanı verilir.
Namizədə Tələblər:
- Marketinq və ya müvafiq sahədə ali təhsil;
- SMM sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilini yaxşı səviyyədə bilməli (İngilis dilini bilən namizədlərə üstünlük veriləcək)
- Adobe Photoshop, Corel Draw və ya Adobe İllustrator kimi proqram təminatlarından hər hansı birində işləmə bacarığının olması;
- SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn və s.) platformalarında sərbəst iş bacarığı
- Facebook Business manageri, Google Ads, Google Analytics-də işləməyi bacarmalı
- Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı;
- Məsuliyyətli, diqqətli, ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı.
Müraciət etmək istəyənlər CV-lərini vakansiyanın adını yazmaqla göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
MAX PRINT — одна из ведущих компаний в области цифровой печати, производства наружной рекламы и ...
BERC şirkətlər qrupu SMM mütəxəssisi ( Təcrübəçi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...