Qısa məzmun
PASHA İnsurance şirkəti Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Vəzi̇fə və Öhdəli̇klər:
- Şirkətin fəaliyyətinin hüquqi təminatı üçün hüquqi ekspertiza üzrə funksiyaların icra edilməsi;
- Qəbul edilən sorğular əsasında hüquqi rəy, müvafiq orqan, idarə və təşkilatlara sorğuların hazırlanması;
- Agent müqavilələrinin layihələrinin hazırlanması və qeyd olunan sənədlərin reyestrinin aparılması və agentlər üzrə tələb olunan sənədlərin toplanması və saxlanılması;
- Müvafiq dövlət orqanlarına və digər şirkət və təşkilatlara sorğuların hazırlanması və göndərilməsi və onlardan cavabların qəbul edilməsi;
- Şirkətin tərəfi olduğu müqavilələrin (sığorta müqavilələri istisna olmaqla) hüquqi ekspertizası keçirməklə vizalanması işini təşkil etmək;
- Şirkətin daxili proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak etmək;
- Daxil olan sorğulara əsasən tender üzrə şirkətin təsis sənədlərinin hazırlanmasında iştirak etmək;
- Digər strukturların əməkdaşlarının hüquqi maariflənməsi işinə dəstək olmaq;
- Qanunvericiliklə müəyyən olunmuş qaydada etibarnamə əsasında məhkəmələrdə və digər hüquq mühafizə orqanlarında Paşa Sığorta ASC-nin mənafeyinin müdafiə edilməsini, bununla əlaqədar prosessual sənədlərin hazırlanmasını təmin etmək;
- Özünün fəaliyyəti üzrə dövri hesabatların hazırlanması;
- Şirkətin fəaliyyəti üzrə hazırkı təlimatda nəzərdə tutulmayan digər hüquqi tapşırıqların icra edilməsində iştirak etmək.
Bi̇li̇klər:
- Ali hüquqi təhsil;
- Dil bilikləri: yazılı və şifahi Azərbaycan və İngilis dili, Rus dili arzuolunandır;
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, şirkət daxilində qüvvədə olan normativ aktları bilmə və istiqamətləndirmə;
- Hüququn mülki, əmək sahələrini, sığorta qanunvericiliyini yaxşı bilmə, digər sahələrdə orta biliklər.
Təcrübə:
- Bu sahədə 2-3 il iş təcrübəsi.
Bacarıqlar:
- Çətin şəraitdə işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Ünsiyyət qurma;
- Təşəbbüskarlıq.
Son müraciət tarixi: 30 aprel, 2022.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi göndərin.
Mənbə: JobSearch.az
Oxşar vakansiya siyahısı:
Hüquqşünas
BERC Group Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...
Baş hüquqşünas
BERC Group Baş hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...
Kiçik hüquqşünas
BERC Group Kiçik hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...