Qısa məzmun
Pasha Bank şirkəti Əməliyyatların Monitorinqi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşiniz nədən ibarətdir?
- Bankın istənilən formada çirkli pulların yuyulması prosesinə və terrorçuluğun maliyyələşdirilməsinə cəlb olunmasının qarşısının alınması;
- PL/TMM sahəsində bankın müvafiq qanun, qayda və normalarına riayət etməsində koordinasiyasının qurulması;
- Nəzarət fəaliyyətini həyata keçirən orqanlara təqdim etmək üçün hesabatların hazırlanması;
- Nəzarət orqanları tərəfindən daxil olmuş sorğuların cavablandırılması;
- Filial və Biznes Mərkəzlərindən daxil olan PL/TMM ilə əlaqəli sorğuların cavablandırılması;
- Gündəlik əsasda əməliyyatların PL/TMM proqram təminatı vasitəsi ilə idarə edilməsi və təyin edilmiş indikatorlar əsasında monitorinqlərin aparılması;
- Müvafiq proqram təminatı üzrə texniki tapşırıqların verilməsi, yeni ssenarilərin yazılması və həmin proqram təminatına dair xarici təchizatçılar ilə işlərin aparılması;
- Bankın müştəri qəbulu və “Öz Müştərini Tanı” (KYC) prosedurlarında iştirakı, yerli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirməsinin icrası;
- PL/TMM ilə əlaqəli tələblərin bankdaxili kommunukasiyasının təşkil edilməsi;
- PL/TMM ilə əlaqəli bankdaxili proseslərin/daxili qaydaların yazılması;
- PL/TMM ilə əlaqəli banka daxil olan məktubların və müraciətlərin cavablandırılması;
- Bankdaxili ümumi proseslərin/daxili qaydaların PL/TMM baxımından dəyərləndirilməsi;
- Bankda mövcud məhsulların/yeni məhsulların PL/TMM baxımından dəyərləndirilməsi və məhsul sahibləri ilə müzakirələrin təşkil edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat / Hüquq sahəsində ali təhsil
- İş təcrübəsi: Çirkli Pulların Yuyulmasına qarşı mübarizə sahəsində minimum 2 il
- Xarici dillər: İngilis dili və Rus dili
- Kompüter bilikləri: Microsoft Office və İT yönümlü biliklər
- Digər: Stressə davamlılıq və kollektivdə işləmək bacarığı, Azərbaycan Respublikasının Hüquqi Aktlarından və ümumi yerli qanunvericilik tələblərindən məlumatlı olmaq
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Əməliyyatların Monitorinqi üzrə Baş Mütəxəssis”qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: JobSearch.az
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...