Qısa məzmun
Blue Center şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
- Əmək haqqına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
- İş yeri: 8 Noyabr pr, Zığ yolu 4 Blueresidence ;
- İş saatı: 09:00 – 18:00
- İş günləri – 1-6cı günlər, Bazar günü istirahət günüdür
Tələblər:
- Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit);
- 3 il mühasib təcrübəsi;
- 1C proqramı
Uyğun namizədlərin CV-lərini müraciət et bölməsində qeyd edilmiş e-mail adresinə göndərməyi xahiş olunur.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Vergilər üzrə mütəxəssis
PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı
ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...
Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...