Qısa məzmun
Safari Park MMC şirkəti Resepşn vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Ofisə gələn partnyorların qarşılanması
- Telefon zənglərinin, e-maillərin cavablandırılması və yönləndirilməsi
- Gələn informasiyaların toplanması və uyğun olan struktur bölmələrinə ötürülməsi
- Sənədlərin düzgün tərtib edilməsi, yerləşdirilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
- Rəhbərliyə inzibati işlərdə dəstək
- Xidmətlərin keyfiyyətli və ən yüksək səviyyədə göstərilməsi
- AR Qanunvericiliyinə əsasən sənədləşmə
- İş günləri Bazar ertəsi – Cümə 09:00-dan 18:00-dək
- Əməkhaqqı 400 AZN
Namizədə tələblər:
- Azərbaycan dilində danışıq və yazı əla səviyyədə
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı
- İş rejiminə ciddi yanaşmalı, nizamlı, işinə qarşı məsuliyyətli olmalı
- Səliqəli, punktual, xoş görünüşlü (dress code)
- Kompüter bilikləri: Ofis proqramları: Word, Excel
- Bu sahə üzrə minimum 1 il iş təcrübəsi
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini mövzu hissəsində “Resepşn” qeyd etməklə info@safari-group.az elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Zəng mərkəzinin operatoru
Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Çağrı mərkəzi üzrə operator
İnci Group of Companies Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...