Mühasib köməkçisi–1C Operator
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AS Group Mühasib köməkçisi–1C Operator vəzifəsi üzrə vakansiya elan edir.

Əmək haqqı:  Təcrübəsindən asılı olaraq;
İş qrafiki:   5 iş günü (şənbə-bazar istirahət), 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi);
İş yeri:  Bakı şəhəri, Yasamal rayonu.
Hesabat verir: Maliyyə və Mühasibatlıq Direktoruna.

Tələblər:

  • Ali ixtisas təhsili (maliyyə, audit, mühasibat uçotu, bank işi);
  • Ən azı 3 illik mühasib-operator vəzifəsində iş təcrübəsi olmalıdır (ictimai iaşə sektorunda operator-muhasib kimi təcrübəsi olanlara üstünlük veriləcək);
  • İT biliklər: MC office (Word, Excel), 1C (Logix) mühasibat proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilini (şifahi və yazılı) mükəmməl bilməli;
  • Mühasibat uçotunu və maliyyə standartlarını mükəmməl bilməli;
  • İlkin sənədləşmə, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməli;
  • Lazım gəldikdə gündəlik hesabatlar təqdim edəcək;
  • Analitik (deduktiv-məntiq) düşünmə, vəziyyəti düzgün dəyərləndirmə, riyazi hesablama aparma, yaranmış problemlərin təhlil və müstəqil həll etmə qabiliyyətinə malik olmalı.

Əsas vəzifə və öhdəliklər:

  • Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili
  • Şirkətə daxil olan e-qaimələrin yoxlanması və təsdiqlənməsi;
  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köcürülməsi;
  • Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb işlənməsi;
  • Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi;
  • Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək;
  • Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi;
  • Kreditorlar və debitorlarla üzləşmələrin aparılması;
  • Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi;
  • Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək;
  • Yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Maliyyə və mühasibatlıq direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Peşəkar və şəxsi keyfiyyətlər:

  • Stressə davamlı, gərgin və ağır iş rejimində işləmək bacarığı;
  • İşində səliqəli, dəqiq, ciddi və məsuliyyətli olmalı;
  • Ünsiyyət yaratmaq, fikrini izah etmək, çevik işləmək qabliyyətinə malik olmalı.
  • Kollevtivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmağı bacarmalı.
  • Planlama və təşkilatçılıq qabiliyyətinə malik olmalı;
  • İşə planlı yanaşma qabiliyyətinə malik olmalı.

Biz Sizə hansı iş şəraitini təklif edirik:

  • İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
  • Peşəkar komanda, karyera yüksəlişi və inkişaf;
  • Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən.

CV (yalnız foto ilə) və əmək haqqı gözləntinizi e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Mühasib köməkçisi – 1C Operator) qeyd etməyinizi xahiş edirik.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar

Oxşar vakansiya siyahısı:

Vergilər üzrə mütəxəssis

PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Insurance

13.05.2025 - Bakı

Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı

ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...

ATB Bank

13.05.2025 - Sumqayıt

Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi

Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

13.05.2025 - Bakı

700 — 800 ₼
Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

12.05.2025 - Bakı

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı