Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Amoris Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək
- Proqram üzrə mühasibat yazılışlarının verilməsi
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Hesabatların hazırlanması və təqdim olunması
- Elektron Verqi Hesab Faktura,Qaimə Faktrura,Hesab Fakturalarının işlənməsi
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
- İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
Tələblər:
- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
- Maliyyə və mühasibatlıq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsinə malik olmalı
- Microsoft Office proqramlarında (xüsusi ilə MS Excel) yüksək səviyyədə işləmə bacarığına malik olmaq
- 1C Proqramında işləmə təcrübəsi
- Yüksək analitik, idarəetmə və ünsiyyət bacarıqlarına malik olmaq
- Yüksək korporativ ünsiyyət, komanda ilə işləmək və komanda quruculuğu bacarığına malik olmaq
- Azərbaycan dili səlis, İngilis və rus dili arzuolunandır
- İntizamlı və işinə qarşı məsuliyyətli olmalı;
Quba, Qusar , Xaçmaz bölgələrindən olan kandidatlara üsünlük veriləcək.
Maraqlnan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Mühasib ” qeyd edərək göndərə bilər.
Oxşar vakansiya siyahısı:
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...