Qısa məzmun
AMO Group Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Marketinqin əsas prinsiplərini yaxşı bilməlidir.
Vəzifə öhdəlikləri:
- Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;
- İstifadə olunan saytların effektivliyini təhlil edir;
- Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
- Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil edir;
- İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir və bunun üçün təkliflər hazirlayır
- Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
- Şirkətin sosial şəbəkələrini, web saytını nəzarətdə saxlamalı
- Şirkətin brendbukuna nəzarət etməli
- Şirkətdə Marketinq planının hazırlanması təmin etməli
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir
Tələblər:
- Ali təhsil (marketinq və ya biznes idarəçiliyi üzrə)
- Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsi olmalı
- Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
- SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq
- Azərbaycan , rus və ingilis dilini bilməli
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.
Maraqlnan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Marketinq üzrə mütəxəssis ” qeyd edərək göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Marketing Specialist
İnci Group of Companies Marketinq üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
SMM təcrübəçi
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi SMM təcrübəçi vakansiyası elan edir. ...
Маркетолог
MAX PRINT — одна из ведущих компаний в области цифровой печати, производства наружной рекламы и ...
SMM mütəxəssisi ( Təcrübəçi )
BERC şirkətlər qrupu SMM mütəxəssisi ( Təcrübəçi ) vəzifəsi üzrə vakansiya elan edir. ...