Qısa məzmun
Ateshgah Sigorta Proqram Təminatçısı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. SQL, SQL Server biliyi tələb olunur.
Namizədə tələblər:
- Yaş: 25 – 30
- Təhsil: Ali Komputer elmləri yaxud əlaqəli sahə üzrə ali təhsil
- İş təcrübəsi: müvafiq sahədə minimum 2-4 il
- Dil bilikləri: Azərbaycan dili (Əla), Ingilis dili (Yaxşı) Rus dili (arzuolunandır)
- C# (OOP), Asp.Net MVC ve .net Core üzrə mükəmməl bilik
- SQL, SQL Server biliyi
Vəzifə öhdəlikləri:
- Yeni layihələrin hazırlanması
- Hazır modullara texniki dəstəyin göstərilməsi
- Proqram spesifikasiyalarını və əsas prototiplərini formalaşdırmaq
- Proqramlaşdırma tətbiqlərini inkişaf etdirmək, sınaqdan keçirib və analiz etmək
- Proqram səhvlərini təhlil edib ,düzəldib və dəqiq vəziyyət hesabatlarını vaxtında təqdim etmək
- Proqram təminatçılarına və analitiklərə yeni proqramları konseptləşdirmək və inkişaf etdirmək üçün dəstək vermək
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 – 17:30
- İş günü 5/2
- Əmək haqqı: 2000 – 2300 azn (gross ilə məbləğ)
Məlumatlandırıcı qeydlər:
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin.
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur.
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Proqram təminatçısı” qeyd etmələri xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzInTelecom MMC Middle Android developer vəzifəsi üzrə vakansiyasını elan edir ...