Satış və Marketing Meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. 360 Adworks Google Satış və Marketing vəzifəsi üzrə vakansiya elan edir. Google Ads məhsullarını Şirkətlərə tanıdacaq, Satış və Marketing mütəxəssisi axtarırıq.

Google və məhsullarını sevirsən? Rəqəmsal marketinq-ə marağın var?
Əgər satış mövzusunda iddialı və həvəslisənsə, yeni müştərilərlə danışmağı , portfelinizi idarə etməyi və satış gerçəkləşdiyində motivasiyanız artırsa, bu sənin üçün əla fürsətdir!
Güclü ünsiyyət bacarığıyla dinamik iş mühitimizə uyğunlaşaraq Google Ads məhsullarını Şirkətlərə tanıdacaq, Satış və Marketing mütəxəssisi axtarırıq.

Kimi Axtarırıq:

  • Sıradanla kifayətlənməyəni,
  • Sınamaqdan qorxmayanları,
  • Öyrənməyə ac olanları,
  • Mənim vəzifəm deyil cümləsindən bezənləri
  • Bu iş daha yaxşı necə edilər deyənləri
  • Ayaqqabısına daş girsə də qaçmağdan bezməyənləri
  • Öz güvənli dünyasından çıxmaq istəyənləri
  • Dəyişməyə cəsarət edənləri

Minimum Xüsusiyyətlər

  • Digital Marketing biliklərinin olması
  • Universitet məzunu
  • Minimum 1 illik satış yönümlü iş təcrübəsi
  • Analitik düşünmə və problem həll etmə bacarığına sahib olmaq
  • Yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları
  • Komanda oyunçusu, enerjili və həll yönümlü
  • Yenilikçi və sürətlə dəyişən iş mühitində çalışa bilən
  • Araştırmağı və öyrənməyi sevən

Üstünlük Verilir:

  • Ənənəvi və rəqəmsal marketinq dünyası haqqında bilgili / təcrübəli

İş Təsviri:

  • Reklam sahiblərinin profillərini, ehtiyaclarını və gözləntilərini anlamaq,
  • Mövzu haqqında ən az məlumatı olan şirkətlər üçün də onlayn reklam ehtiyaclarının və məqsədlərinin formalaşmasında əsas rol oynamaq,
  • Şirkətlərin suallarını cavablandırmaq, onlayn reklamla bağlı mütəxəssis məsləhət və tövsiyələrini vermək,
  • Şirkətlərin Google Ads reklam ehtiyaclarını sektorlarına görə və tək-tək analiz etməklə təhlil etmək və qiymətləndirmək,
  • Müştəri məmnuniyyəti yolunda real gözləntiləri təmin etmək
  • Portfelindəki Google Ads istifadə edən müəssisələrin gözləntilərini aktiv idarə etməklə uzunmüddətli perspektivdə davamlı strategiyalar hazırlamaq,
  • Google İrlandiya və Google Türkiyə Mütəxəssisləri ilə yaxından çalışaraq, yeni reklam verənlərin reklam məqsədlərinə çatdıqlarından əmin olmaq,
  • Müştərilərə ilk növbədə fərq yaradan bir xidmət təqdim etmək anlayışıyla hədəf yönümlü satış etmək.
  • Bu profil sizə uyğun olarsa, rəqəmsal marketinq dünyası sizi gözləyir və təqdim etdiyimiz təlim nəticəsində Siz, Google Ads sertifikatları da ala biləcəksiniz!

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı