Baş mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600-800 AZN. Rail Trans Service Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Rus dili biliyi tələb olunur.

İş barədə məlumat:

  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
  • Vergi orqanları ilə yazışmalar
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
  • E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
  • Vergi hesabatlarının (Əmlak, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
  • İş qrafiki: bazar ertəsi – cümə; 09:00-dan 18:00-dək

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə Ali təhsil
  • Mühasibatlıq və Vergi qanunvericiliyi biliyi
  • Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi
  • Kompyuter biliyi MS Word, Excel, 1С 8.3
  • Rus dili biliyi

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı