Qısa məzmun
Millikart LLC İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifələr:
- İnsidentlərin aşkarlanması və analiz olunması
- İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və onların istifadəsinə nəzarət
- Şirkətdə İT təhlükəsizliyinin standartlarının və prosedurlarının tədbiq edilməsində dəstək
- İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, qeydiyyatı, təhlili və onların təhqiqatında tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi
- Müxtəlif vasitələrdən daxil olan məlumatlara əsaslanaraq şübhəli halların araşdırılması
- Jurnal (log) faylların təhlili və kiber-insidentlərin qarşısının alınmasında fəal iştirak
- Cari zəifliklər və təhdidlər haqqında, xüsusilə daxili sistemlərə birbaşa təsir edən amillər haqqında məlumatlı olmaq
- Məlumat təhlükəsizliyi risklərinin təhlil edilməsi
- Məlumat təhlükəsizliyi risklərinin idarə edilməsi üzrə müvafiq təkliflərin verilməsi
- Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil
- İT əməliyyatları və ya kibertəhlükəsizlik üzrə 1-2 il iş təcrübəsi
- Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək
- Şəbəkə və sistem təhlükəsizliyi, şəbəkə topologiyaları üzrə biliklər
- SIEM və digər təhlükəsizlik sistemləri üzrə biliklər
- Linux/Windows ƏS üzrə biliklər
- Syslog, http jurnalları, DB jurnalları üzrə biliklər
- İnformasiya təhlükəsizliyi ilə bağlı prosedur qaydaları və siyasətlər barədə məlumatlı olmalı
- Təhlükəsizlik üzrə sənədləşmə işlərinin həyata keçirilməsi və hesabatların hazırlanması bacarığı
- Təhlükəsizlik sertifikatlarının olması üstünlükdür
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı
- Ünsiyyətqurma və komandada işləmək bacarığı
İş qrafiki:
- I-V günlər, saat 09:00-dan 18:00-dək
- İstirahət günləri – şənbə və bazar
Əmək haqqı namizədin bilik və bacarığından asılı olaraq 1200 – 1500 azn.
Müraciət etmək istəyən namizədlər CV-ləri e-mailinə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Inci Group of Companies LLC İT Texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...