Proqramçı Mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/ razılaşma yolu ilə. Sinteks Group of Companies Proqramçı Mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.

Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Hal hazırda Sinteks şirkətinə “Proqramçı Mühəndis” tələb olunur.

İşin məqsədi:

ERP sistemində yeni modulların yazılması, redaktə və dəstəyin təmin edilməsi.

Vəzifə və öhdəliklər:

  • Verilən tələblərə uyğun olaraq yeni proqramın yaradılması, təkmilləşdirilməsi və tətbiq edilməsi
  • Yeni proqramın istifadəçilər tərəfindən verilən sorğulara əsasən yenilənməsi, təkmiləşdirilməsi və optimallaşdırılması
  • Proqramın test edilməsini, baş verən səhvləri aradan qaldırılmasını, mükəmməl funksionallığını və optimallığını təmin etmək
  • Şirkətin ERP sistemində lazımı yeniliklərin tətbiq edilməsi və texniki dəstək verən materialların hazırlanması

Namizədə olan tələblər:

  • İxtisas / Təhsil:
  • Ali təhsill
  • İnformasiya texnologiyaları sahəsi arzuolunandır
  • Təcrübə:
  • Proqramlaşdırma sahəsində ən azı 3 il iş təcrübəsi

Bilik:

  • MSSQL sorğularının icrası, (C# , Java proqramlaşdırma dillərini bilmək , DevExpresslə işləmə bacarığının olması arzuolunandır)

İş qabiliyyəti:

  • Azərbaycan dilini yüksək səviyyədə,Rus və İngilis dilləri arzuolunandır
  • 1C üzrə hesabat və dəyişikliklər etmə bacarığı
  • Web Servis yazılışı
  • Komada daxilində işləmək bacarığı
  • Analitik düşünmə qabiliyyəti

Vakansiya ilə maraqlanan namizədlərdən CV-ni recruitment@sinteks.com e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Proqramçı mühəndis” qeyd etmələri xahiş olunur

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı