Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Badamlı Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin ilk su markası sayılan Badamlı şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
- Adekvat əmək haqqı və satış hədəflərinə uyğun bonus sistemi
- Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
- Davamlı karyera inkişafı
- Korporativ telefon
- Qanunvericiliyə uyğun sənədləşdirmə və bazar günləri istirahət imkanları.
Bizim üçün ideal namizəd:
- Orta ixtisas təhsili, ali təhsili olanlara üstünlük verilir
- Satış sahəsində ən az 2 il iş təcrübəsi olan
- 25-45 yaş aralığındakı namizədlərə üstünlük verilir
- Danışıqlar aparmaq və yüksək ünsiyyət keyfiyyətlərinə malik olmaq
- Satış terminalları ilə işləmək
- Şəxsi avtomobil (yanacaq və amortizasiya xərcləri Şirkət tərəfindən ödənilir)
- Bakı (müvafiq regionu) şəhərini yaxşı tanımaq
- Kompüter və MS Office proqram bilikləri.
Görəcəyiniz işlər:
- Müəyyən olunmuş ərazidə yerləşən müştərilərə məhsulun çeşidləri üzrə təqdimatını/tanıtımını etmək
- Məhsulların çeşidləri üzrə maksimum satışını həyata keçirmək
- Satılmış məhsullara görə ödənişlərin yığılmasını həyata keçirmək
- Satış nöqtələrinin müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarətini həyata keçirmək
- Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək.
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “Satış təmsilçisi“)
Oxşar vakansiya siyahısı:
Inci Group of Companies LLC Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys şirkəti Anbar Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
Supertoys Kateqoriya Qrup Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
\Supertoys oyuncaq mağazasının Sədərəkdə yerləşən mağazasına satış təmsilçiləri tələb olunur. ...
Super Toys Korporativ Satış üzrə Mütəxəssis vəzifəsi üzrə akansiya elan edir. ...
Camal LTD Satış müdiri (HoReCa üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...