İstehlak kreditləri şöbəsi üzrə Aparıcı/Baş mütəxəssis/Bölmə rəhbəri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Bank “BTB” ASC Pərakəndə bankçılıq departamenti, İstehlak kreditləri şöbəsi üzrə Aparıcı/Baş mütəxəssis/Bölmə rəhbəri vəzifəsinə işə qəbul elan edir.

  • 2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki Şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
  • Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

İş barədə məlumat:

  • Bankın bütün müştərilərini yeni və mövcud istehlak kredit məhsulları ilə tanış edir;
  • Fəaliyyət göstərdiyi ərazidə bankın kredit məhsullarının təşviqatını aparır;
  • İstehlak krediti məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirir;
  • Kredit sifarişlərini qəbul edir, bankdaxili qaydalara uyğun olaraq, onları qiymətləndirir, sifarişləri hazırlayır və kreditlərin ödənişlərinə nəzarət edir;
  • Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparır;
  • Filial müdirinin və Kredit şöbəsinin rəhbərinin kredit məhsullarının satışı və kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Namizədə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Istehlak kreditləri sahəsində ən azı 2 il iş təcrübəsi
  • Ünsiyyət qurma bacarığı;
  •  Təqdimetmə və satış bacarığı;
  • Planlaşma və təşkiletmə bacarığı;
  • Monitorinq və nəzarət etmə bacarığı.
  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) cv@btb.az elektron ünvanına göndərə bilərlər.
  • Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İstehlak kreditləri üzrə aparıcı/baş mütəxəssis/bölmə rəhbəri) göstərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı