Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies İşə Qəbul üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifənin rolu:
Bu vəzifənin rolu namizədlərin düzgün axtarılması və seçilməsi üçün bütün inzibati işləri icra etməkdən ibarətdir.
Vəzifə öhdəlikləri:
- İşə qəbul qovluğunu müvafiq məlumatlarla yeniləyir
- Müəyyənləşdirilmiş mənbələrdə iş elanlarını yerləşdirir və yeniləyir
- Sosial şəbəkələrdə Sinteks Careers səhifəsini idarə edir
- Namizədlərlə müsahibələri təşkil edir
- İşə qəbul edilən şəxsin iş təcrübəsini təqdim edilən sənədlərə uyğun olduğunu yoxlamağa köməklik göstərir
- Tələb olunan bütün sənədləri İnsan Resursları Administrasiya şöbəsinə göndərir
- Seçilmiş namizədlər haqqında ilkin maillərı yazır
- 1C-də vakansiyaların bağlayır və treninq haqqında məlumatı yazır
- İş təkliflərin hazırlayır və göndərir
Əsas tələblər:
Təhsil:
- Ali təhsil (Biznesin İdarə edilməsi, İnsan Resurslarının İdarə edilməsi üzrə üstünlükdür)
Təcrübə:
- Tələb olunmur (İR sahəsində təcrübəçi və ya iş təcrübəsi arzuolunandır)
Professional Biliklər:
- İngilis və rus dili yaxşı səviyyədə
- MS Office
Professional Bacarıqlar və Kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Detallara diqqət və nəticə yönumlülük
- Zamanın idarəolunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Kiçik Mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Mənbə:jobsearch.az