Qısa məzmun
Araz Supermarket Müştəri əlaqələrinin idarə edilməsi şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İllik CRM büdcəsinin hazırlanması və idarə olunması.
- Müştəri əlaqələrinin inkişaf etdirilməsi, müştəri məlumat bazasının daimi yenilənməsini təmin etmək.
- Müştəri loyallığının artırılması istiqamətində təkliflər planı hazırlamaq və tətbiq etmək.
- Yeni müştəriləri cəlb edəcək marketinq üsullarını optimallaşdırmaq, inkişaf etdirmək və həyata keçirmək.
- Müştəri ehtiyaclarını ödəmək üçün yeni üsullar təklif etmək.
- İstehlakçı davranışlarında baş verən dəyişikləri təqib etmək.
- Kampaniyaların planlaşdırılması, idarə olunması, təhlili və hesabatlarını təqdim etmək.
- Potensial müştəriləri cəlb etmək üçün promo tədbirlərinin təşkili
- Mobil tətbiqin inkişaf etdirilməsi.
Tələblər:
- Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi
- Analitik Bacarıqlar
- Layihə idarə etmə bacarıqları
- Komanda işi, təşəbbüskarlıq, operativlik
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Müştəri əlaqələrinin idarə edilməsi şöbəsinin müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.