Qısa məzmun
AzerFloat Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı.
Vəzifə və Öhdəlikləri:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət etmək;
- Gündəlik olaraq aparılan mühasibat əməliyyatların müvafiq orderlərə daxil edilməsi;
- Elektron qaimə, hesab-faktura, üzləşmə və təhvil-təslim aktlarının hazırlanması və şirkətə daxil olan alış sənədlərinin düzgünlüyünə nəzarət etmək;
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını təmin etmək;
- Müəssisəyə məxsus olan mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçotunu təmin etmək;
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak etmək, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasını həyata keçirmək;
- Mal-materialların alışı, yerdəyişməsi, nümayəndəliklərə göndərilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərini normativ hüquqi aktlara uyğun şəkildə tərtib etmək və mühasibat uçotu standartlarına uyğun şəkildə mal-material uçotunda əks olunmasını təmin etmək;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatlarının proqram təminatında əks olunmasını həyata keçirmək;
Tələblər:
- Ali təhsil;
- ERP –SAP proqramında işləmək bacarığının olması arzuolunandır;
- İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
- Excel-də mükəmməl işləmə bacarığı;
- ACCA F2,F3 arzuolunandır;
- Rus (yüksək səviyyədə), İngilis dili bilikləri (arzu olunandır).
Xüsusi bacarıqlar:
- Komandada işləmək bacarığı
- Ünsiyyət qurmaq qabiliyyəti
- Düzgün analiz edə bilmə bacarığı
- Analitik və tənqidi düşünmə bacarığı
- Detallara diqqət yetirə bilmək
İş şəraiti:
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00 – 18:00
- Tibbi sığorta
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Mühasib” yazıb elektron poçt ünvanına göndərin.
Müsahibəyə dəvət olunan şəxslər ünvanla bağlı linkdən istifadə edə bilərlər: https://waze.com/ul/htp5myd3m0
Oxşar vakansiya siyahısı:
Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...