Təminatlı kreditlərin satışı şöbəsinin Meneceri/ Şöbə rəisi
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kapital Bank şirkəti Təminatlı kreditlərin satışı şöbəsinin Meneceri/ Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi məlumat:

Kapital Bank namizədləri Pərakəndə Satış Departamentinin Təminatlı kreditlərin satışı şöbəsinin Meneceri/ Şöbə rəisi vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ayrılan vəsaitlərin YSB-lər tərəfindən nəzərdə tutulan vaxt ərzində maliyyələşməsinə nəzarət;
  • Filiallar üzrə satış hədəflərinin təyin olunması və icrasına nəzarət;
  • Təminatlı kredit məhsul istiqamətləri üzrə satışların təhlil edilməsi;
  • Satışların artırılması və yeni məhsulların yaradılması istiqamətində aidiyyatı strukturlarla birgə işlərin görülməsi;
  • Filial əməkdaşlarının satış bacarıqlarının və performanslarının artırılması istiqamətində işlərin görülməsi, təlimlərin keçirilməsi;
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
  • Birbaşa rəhbəri, İdarə Heyətinin sədri  tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Tələblər:

  • Ali təhsil;
  • İdarəetmə bacarığıı;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Yenilik və dəyişiklərə açıq olması;
  • Satış sahəsində arxa və ön ofis üzrə iş təcrübəsi;
  • Özünə əminlik, gərgin iş rejimində işləmə bacarığı;
  • Sərbəst şəkildə problemləri həll etmə qabiliyyəti;
  • Təşkilatçılıq bacarıqları.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

600 — 1300 ₼
Satış meneceri

AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

07.01.2026 - Bakı

800 — 1300 ₼
Optik Tibbi Nümayəndə

AzəriMed QSC Optik Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

07.01.2026 - Bakı