Qısa məzmun
eManat Mühasib -xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. Komanda şəklində işləmə bacarığı olmalıdır.
Namizədə qoyulan tələblər:
- Gəncə şəhərində yaşamalı
- İqtisadi təhsili olmalı (magistr dərəcəsi olanlara üstünlük veriləcək)
- 3-4 il bu sahədə təcrübəsi olmalı
- Exceli bilməli
- 1 C proqramını bilən əməkdaşa üstünlük verilir
- Analitik düşünmə qabiliyyəti
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı
Vəzifə öhdəlikləri:
- Gündəlik banka mədaxil ediləcək pullarla bağlı əməliyyatların həyata keçirilməsi
- 1C mühasibatlıq proqramına işlənmiş inkassasiya aktlarının baş ofisin tələblərinə uyğun arxivləşdirilməsi və hər ayın sonunda baş ofisə göndəriləcək vəziyyətdə paketlənməsi.
- Hər iş günü xəzinədarların saydıqları pulları inkassasiya aktı ilə təhvil alıb məbləğin kassa jurnalına mədaxil edilməsi və filialın kassasına yığılması
- İnkassatorların terminallardan inkassasiya etdikləri bağlamaları hesabdarla birgə aktla təhvil alınması və zirzəmiyə yığılması.
- Bankdan yararsız əskinasların yararlı əskinaslarla dəyişdirilməsi,saxta olub-olmamasının yoxlanması
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 6 günü
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar təminatının qarşılanması
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Mühasib-xəzinədar” yazılmalıdır.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...