Qısa məzmun
Ferrum Capital Data engineer vəzifəsi üzrə vakansiya elan edir.
Hansı özəlliklərə malik olmalıdır?
- İqtisadiyyat və ya Tətbiqi riyaziyyat sahəsində ali təhsil;
- Biznes analitika, marketinq analitikası və ya data analitika sahəsində azı 1 il iş təcrübəsi;
- Statistik modelləşdirmə, analiz və proqnozlaşdırma metodlarını bilməli;
- Datanın emal edilməsi və strukturlaşdırılmasını yüksək səviyyədə bacarmalı;
- SPSS proqramlarında və ya Python/R dilləri ilə yaxşı səviyyədə işləməyi bacarmalı;
- SQL bazaları ilə yaxşı səviyyədə işləməyi bacarmalı;
- Tableu, Data Studio və ya digər vizualizasiya proqramları ilə yaxşı səviyyədə işləməyi bacarmalı.
Data engineer nə iş görür?
- DWH məlumat modelinin inkişaf etdirilməsi və dəstəklənməsi;
- Məlumat bütövlüyünü artırmaqla məlumat daşınma yolları performansının inkişafı;
- Məlumatlardan səmərəli istifadə etməklə onların saxlanılması üçün həllərin təqdim edilməsi;
- Ən yaxşı təcrübələrdən istifadə etməklə təkrarlanan proseslərin icrası və ya sənədləşdirilməsi;
- İş prosesinin dizaynı və məlumat idarəçiliyi də daxil olmaqla, İT biznes arxitekturasının tətbiqi;
- ODI, OBIEE kimi alətlərdən istifadə edərək DWH mühitində ETL dizaynı və inkişafı;
- Gündəlik avtomatlaşdırılmış proseslərin tamamlanmasının dəstəklənməsi və uğursuz proseslərin araşdırılması;
- Texniki tələbləri nəzərdən keçirməklə ETL dizaynına və tətbiqinə tərcümə edilməsi üçün komanda üzvləri ilə əməkdaşlıq;
- Həm texniki, həm biznes istifadəçiləri ilə əməkdaşlıq etməklə problemlərin aşkarlanması;
- Yeni məlumat bazalarının idarəsi və DWH mühitinə cəlb olunmasının təmin edilməsi;
- Biznes tələbləri əsasında səmərəli data modellərinin müəyyən edilməsi və hazırlanması;
- ETL/ELT dizaynının hazırlanması və dəstəklənməsi;
- Biznes tələblərinin qarşılanması üçün SQL sorğularının yaradılması;
Əlavə məlumat:
- Beş günlük iş qrafiki: 09:30 – 18:30
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Data engineer” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Rəqəmsal Transformasiya Mərkəzində Aparıcı mühəndis-proqramçı (PL/SQL Developer)
ATB Bank Rəqəmsal Transformasiya Mərkəzində Aparıcı mühəndis-proqramçı (PL/SQL Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Java backend developer (Middle)
Expressbank ASC Java backend developer (Middle) vəzifəsi üzrə vakansiya elan edir. ...
Proqramçı
Do IT MMC Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. ...