Qısa məzmun
Abşeron Taxıl MMC Büdcə və Hesabatlılıq üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş məkanı: Bakı/Abşeron
Tələblər:
- Təhsil səviyyəsi: Ali təhsil (Maliyyə və audit sahəsi üzrə)
- İş təcrübəsi: İstehsalat və ya audit şirkətində əlaqədar sahə ilə bağlı minimum 2-3 il
- Dil bilikləri: Azərbaycan (əla), ingilis (yaxşı), rus dili üstünlükdür
Əlavə kvalifikasiyalar:
- Beynəlxalq sertifikatların olması (ACCA, Financial Reporting və ya DipİFR)
- MS Office programları üzrə biliklər, xüsusilə exceldə yüksək səviyyədə işləmə bacarığı
- 1C 8.2 biliyi
Vəzifədən gözləntilər:
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının dəqiq şəkildə və vaxtında hazırlanması;
- Şirkətin aylıq(rüblük,illik) maliyyə və büdcə planlarının, balans, mənfəət və zərər, nəğd pulun hərərkəti proqnozlarının hazırlanması;
- Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakının və kordinasiyasının təmin edilməsi;
- Hər bir hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, fərqlər barədə hesabatın hazırlanması
- Əməliyyat xərcləri ilə bağlı sənədlərin Büdcə nəzarəti prosedurlarına uyğun olaraq günlük yoxlanılması və təsdiqi;
- Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə uyğun mühasibat düzəlişlərin verilməsi;
- Maliyyə hesabatlarının analitik təhlilinin aylıq şəkildə həyata keçirilməsi;
- Hesabat və təhlillər vasitəsilə idarəetmə üzrə qərarlarının qəbul edilməsi prosesini dəstəkləmək;
- Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
- Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək.
- Birbaşa rəhbərin veriləcək tapşırıqlarını icrasını təmin etmək.
Vəzifə üzrə səriştələr:
- Tapşırıqları zamanında həll edə bilmək;
- Gərgin rejimdə işləmə bacarığı;
- Müstəqil və Komanda şəklində işləmə bacarığı;
- Güclü analitika və problem həll-etmə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- Dəqiqlik və yeni qəbul edilmiş informasiyanın tez zamanda emal edə bilmək bacarığı.
İş Şərtləri:
- Əmək haqqı: Razılaşmaya uyğun olaraq
- İş rejimi: 5 gün (həftəiçi)
- Servis: Var
- Yemək: Var
Maraqlananlar emaildə “Büdcə və Hesabatlılıq üzrə Baş Mütəxəssis” yazaraq CV-lərini göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
1000 — 1800 ₼
MühasibƏ/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
1300₼
Mühasib (Əmək haqqı və ödəmələr üzrə)Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...