Qısa məzmun
Bank of Baku Rəqəmsal bankçılıq və ödəniş kartı müştəriləri ilə iş şöbəsinin eksperti vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- İnnovativ layihələrin inkişafının təmin edilməsi
- İnnovativ layihələrdə iştirak edən partnyorlarla iş birliyinin təşkil edilməsi
- Potensial pərakəndə müştərilərin banka cəlb olunması üçün alternativ satış kanallarının inkişaf etdirilməsi
- “Dost Bank” mobil tətbiqinin və internet bankçılığın inkişafı üçün araşdırmaların aparılması
- Rəqəmsal layihələrin icrası ilə bağlı ilkin bazar araşdırmalarının həyata keçirilməsi və komanda üzrə görüləcək işlərin planlamasında iştirak edilməsi
- İT sahəsi üçün biznes proseslər üzrə texniki sənədlərin hazırlanması
- İcrası tamamlanmış funksionallıq və proqram təminatı üzrə testlərin aparılması
Tələblər:
- Ali təhsil
- Yüksək ünsiyyətqurma bacarığı
- Əla səviyyədə Azərbaycan dili və rus dili, orta səviyyədə ingilis dili bilikləri
- Yaradıcı və analitik düşünmə qabiliyyəti
- MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
- Məsuliyyətli və intizamlı iş yanaşması
- Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
İş yeri: Baş İdarə
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Rəqəmsal bankçılıq qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...