Qısa məzmun
Kapital Bank İT və İnformasiya Təhlükəsizliyi risklərinin idarə edilməsi və monitorinqi şöbəsinin baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- İT və İnformasiya təhlükəsizliyi üzrə risk qiymətləndirmələrinin həyata keçirilməsinə dəstək;
- Uyğunsuzluqların aşkar olunması məqsədilə mütəmadi olaraq yoxlamaların aparılması;
- İT və İnformasiya təhlükəsizliyi sahəsində siyasət və prosedurların hazırlanmasına və mövcud sənədlərin yenilənməsinə dəstək;
- İnformasiya təhlükəsizlyi siyasətlərinə, standartlarına, qayda və proseduralarına riayət edilməsinə nəzarət;
- Risklərin idarə edilməsi sisteminin davamlı inkişafına dəstək;
- Risk idarəetməsi sahəsində daxili hesabatların hazırlanmasına dəstək;
- Informasiya aktivlərinin təsnifatı prosesinin həyata keçirilməsinə dəstək;
- Biznesin davamlılığının idarəedilməsi üzrə planların hazırlanmasında aidiyyatı strukturlara dəstək;
- Şöbənin fəaliyyətinə aid digər funksiyaları həyata keçirmək.
Tələblər:
- İT audit, İnformasiya Təhlükəsizliyi və ya diğər əlaqədar İT sahəsində minimum 2 illik iş təcrübəsinin olması;
- İT proseslər ilə əlaqəli sənədlərlə işləmək, yeni sənədlərin yaradılması və idarə olunması təcrübəsinin olması;
- Risklərin idarə olunması sahəsində ümumi biliklərin olması;
- İSO 27001, PCI DSS, COBIT, İTİL və s kimi standardlar haqqında ümumi biliklərin olması;
- Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili arzu olunandır), problemlərin həll edilməsi, koordinasiya və analitik bacarıqların olması;
- İT üzrə ali təhsili, sistem, şəbəkə adminstratorluğu, Unix, Windows və s. əmliyyat sistemləri, Oracle, SQL bilikləri olanlara üstünlük verilir;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...