Qısa məzmun
ASSAN-STP Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik,aylıq və ya illik olmaqla istehsalın,buna uyğun olaraq da məhsulun planlamasını hazırlamaq;
- Planlanan məhsulun zamanında istehsala daxil olması üçün səy göstərmək;
- Əldə olan və yeni təmin edilən məhsulu stokda saxlayaraq doğru şəkildə paylanmasını həyata keçirtmək;
- Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq məhsulları müəyyən etmək və bağlı olduğu rəhbərə bildirmək;
- İstehsal olunmuş məhsulun stokunu təqib etmək və stokda əksilən məhsulların istehsal planını vermək;
- Kənardan alınan məhsulların muddətinə və istehsal həcminə görə stoku formalaşdırmaq;
- Tələb olunan məhsulların sifarişinin keçilib-keçilmədiyini yoxlamaq;
- İstehsal proqramı daxilində sifariş edilmiş məhsulların istehsal olunmasını yoxlamaq;
- İstehsal proqramında olmayan, lakin təcili istehsal olunması lazım olan məhsulların istehsalını həyata keçirilməsini təmin etmək;
Namizədə olan tələblər:
- Ali təhsil;
- Aidiyyətı sahədə 1 ildən artıq iş təcrübəsi;
- Punktual, diqqətcil və məsuliyyətli olmalı.
İş şərtləri:
- İş qrafiki: həftədə 5 gün, 08:00-17:00
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Nahar və servis şirkət hesabına;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Planlama mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...