Qısa məzmun
Sinteks Group of Companies Logistika üzrə Administrator vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifənin rolu:
Bu vəzifənin rolu idxal və ixrac daşınmalarının razılaşdırılmış təyinat nöqtəsinə çatdırılmasını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
- Təchizatçılar və yük göndərmə agentlikləri ilə əlaqə qurur
- Məhsulların çatdırılmasını təşkil edir
- Nəqliyyat prosesi və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədləri hazırlayır
- Daşınma və gömrük rəsmiləşdirilməsi üçün sertifikatlar və icazələr əldə edir
- Gələcək məhsullar barədə məsul şəxsləri məlumatlandırır
- Hesab fakturaları logistika və maliyyə databazasına daxil edir
Əsas tələblər:
Təhsil:
- Ali təhsil (Nəqliyyat və logistika üzrə dərəcə üstünlükdür)
- Logistika üzrə müvafiq sertifikat və ixtisaslaşma
Təcrübə:
- Təchizat Zənciri və ya Logistika sahəsində minimum 1 illik təcrübə
- Pərakəndə satış şirkətlərində təcrübə üstünlükdür
Professional biliklər:
- İncoterm standartları
- Rus dili mükəmməl, İngilis dilini yaxşı səviyyədə
- 1C programında işləməyi bacarmaq arzuolunandır
- MS Office
Professional bacarıqlar və kompetensiyalar:
- İşgüzar ünsiyyət bacarıqları
- Müzakirə bacarıqları
- Analitik düşüncə
- Təfərrüatlar və nəticə yönümlü
- Zamanın idarə olunması
- Problem həll etmə bacarıqları
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Logistika üzrə Administrator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Anbardar
Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...