Qısa məzmun
PASHA Bank Loan Monitoring Specialist vəzifəsi üzrə vakansiya elan edir.
Blok: Əməliyyat
Department: Virtual Filial
Tabeçilik: Qrup rəhbəri
Vəzifənin məqsədi:
Xarici və daxili müştərilərdən daxil olan zəng əsasında Bank məhsul və xidmətləri ilə bağlı məlumatlarının təqdim edilməsinə, prosedurlara uyğun olaraq Bank proqramları vasitəsilə müxtəlif əməliyyatların aparılmasına, şikayətlər/təkliflər ilə işin aparılmasına görə məsuliyyət daşıyır.
Vəzifə öhdəlikləri:
- Xarici və daxili müştərilərdən daxil olan zənglərə 7/24 iş qrafika əsasən cavab verilməsi , Müştəriləri Bankın xidmətləri, məhsulları və tarifləri barədə prosedurlara əsasən məlumatlandırılıması
- KOS Müştərilərdən daxil olan zənglərinin vaxtında və keyfiyyətli cavablandırması
- Daxil olan zənglərinin və sorğuların əsasında Bankda istifadə olunan müxtəlif proqram təminatları vasitəsilə əməliyyatların icra edilməsi
- Şikayət və təkliflər ilə iş: qeydiyyat , monitoring və müştərilərə cavabların təqdim edilməsi
- Bankın bütün strukturlarına dəstəyin göstərilməsi ( daxil olan sorğularının araşdırılması , gedən zənglər, sorğular )
- Internet bank əməliyyatlarında, Online cari hesabın açılmasında , Əmək haqqı və online əmək haqqı kartları üzrə müştərilərə dəstəyin göstərilməsi.Hesab üzrə qalıq, sərəncam və ödəniş statusları üzrə araşdırmaların aparılması, məktubların yazılması və müştərilərin məlumatlandırılması
- Şikayət və təkliflər ilə iş: hər hansı şikayət / təklif və ya texniki çətinlik ilə bağlı müraciət daxil olarsa mütləq olaraq qeydiyyatının düzgün kategoriyalarda aparılması, geydiyyatının *açıq* statusunda olarkən izlənilməsi və müştərilərə vaxtında cavabın təqdim edilməsi .
- Qeyri-iş saatlarında və bayram günlərində KOS və Korporativ müştərilərə dəstəyin göstərilməsi
- Şöbənin bütün funksiyalarının müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsi
- Müvafiq Bank proqram vasitəsilə müştəri sorğularının təyin edilmiş vaxt çərçivəsində icra edilməsi
- Müxtəlif alternativ kanallar vasitəsilə daxil olan müştərilərin və bank əməkdaşlarının sorğularının icra edilməsi ( Sosial Media şəbəkəsi , www.pashabank.az , JİRA , email , chat bot və s. )
- Məhsul, xidmət və kampaniyalar barədə məlumatları Bankın “Məlumat Mərkəzi” (FAQ) vasitəsilə gündəlik əsasda mənimsəməsi
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Təhsil: Orta və ya İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il
- Lisenziya / Sertifikat:
- Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta)
- Kompüter bilikləri: Microsoft Office (excel, world)
- Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, , Qeyri-kredit bankçılıq xidmətləri, Fərdi bankçılıq məhsulları, Korporativ bankçılıq məhsulları
- Bazar üzrə biliklər:
- Başqa tələblər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
- Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...