Mükafatlandırma və İR Əməliyyatları üzrə Kiçik Mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Mükafatlandırma və İR Əməliyyatları üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Bizimlə Siz əldə edəcəksiniz:

  • Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
  • Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
  • Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
  • Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

  • Yeni işçilərin qeydiyyatı, İT departamentinə sorğuların açılması, müvafiq sənədlər üçün müraciət (sosial sığorta şəhadətnaməsi, bank vəsiqəsi, əmək haqqı kartı, əmək kitabçası, icbari sığorta və s.), “E-gov” portalına və “SAP HRMS” sisteminə daxil edilməsi;
  • Güzəşt və mənfəətlərin idarəedilməsi; (idman güzəştindən istifadə üçün müraciətlərin qeydiyyatının aparılması, işçilərə və fitnes mərkəzlərə lazımi informasiyaların təqdim edilməsi, biznes kartları və s.)
  • Aktiv işçilərin şəxsi işlərinin yerli qanunvericiliyə və daxili qaydalara əsasən saxlanılması;
  • İR dəstək xidmətinə (Help Desk) ünvanlanan əməkdaş sorğularının cavablandırılması, telefon zəngi və imeyl vasitəsilə yönləndirilməsi;
  • Yeni işçilərin ilk iş günündə ilkin təqdimatın təşkil edilməsi: qarşılanma, müqavilənin izah edilməsi, “Salamlama” paketinin təqdim edilməsi;
  • İR əməliyyatlar istiqamətinin mütəxəssisi ilə əməkdaşlıq çərçivəsində yeni gələn işçilərin şəxsi işlərinin, İR sənədlərin və formalarının təminatı;
  • İşçilərin vəzifə dəyişikliyi və ya işçilər işdən çıxdıqda İT departamentinə sorğu açılması və İcbari Sığortaya müvafiq məlumatın təqdim edilməsi;
  • Təcrübəçi və xidmət müqavilələri üzrə çalışan işçilərin şəxsi işlərinin saxlanılması və onların “SAP” sistemində qeydiyyatının aparılması; (işə qəbul, işdən çıxma və digər dəyişikliklər)
  • Proses, qayda və təlimatların yazılması, həmçinin lazım olduqda dəyişikliklərin edilməsi;
  • Yeni işçilərin sınaq müddətinin və illik əmək müqavilələrinin bitmə vaxtının monitorinqi və müvafiq İR Biznes Partnyorunun vaxtında məlumatlandırılması;
  • “İntranet”in yenilənməsi: bütün işçi əlaqələrinin, daxili və mobil telefon nömrələrinin, fotoşəkillərinin “SAP master” faylı ilə uzlaşdırılması;
  • Yeni əməkdaşlar üçün nəzərdə tutulan aylıq təqdimatlarda iştirak;
  • Yeni işçilərə ümumi və İR əməliyyatları ilə əlaqəli məlumatların təqdim edilməsi; (məzuniyyət planları, əmək haqqı, ezamiyyət, mükafatlandırma, kompensasiya və s.)
  • Əmək haqqı hesablanmasında şöbədaxili həmkarlara dəstək, səhvlərin aşkarlanması və aradan qaldırılması, əməkdaşlardan gələn sualların cavablandırılması;
  • Əmək və xidmət müqavilələrinin tərtib edilməsi;
  • Şöbənin sifariş formalarının yazılması və idarəedilməsi;
  • Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət;
  • Hər hansı qəza, insident və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərin məlumatlandırılması.

Sizdən nə tələb olunur?

  • Təhsil: Bakalavr təhsili
  • İş təcrübəsi: 1-2 il İR əməliyyat, kadr kargüzarlığı, güzəşt, mənfəət və ya digər İR sahələri üzrə
  • Xarici dillər: İngilis dili
  • Kompüter bilikləri: MS ofis proqramları
  • Digər: Güclü ünsiyyət bacarığı, enerjili və çevik
  • Üstünlük verilir: “SAP” biliyi

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 28.02.2022-ci il tarixinədək başlıqda “Mükafatlandırma və İR Əməliyyatları üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

400₼
Kargüzar

Pro Con izo Kargüzar vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

14.05.2025 - Bakı