Qısa məzmun
AVT Logistics Biznesə Nəzarət və Maliyyə Təhlilçisi vəzifəsi üzrə vakansiya elan edir.
- İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 2-3 il.
Təhsil: Ali təhsil(Maliyyə,mühasibatlıq,iqtisadiyyat)
Vəzifə öhdəlikləri:
- Xərclərdə israfçılığın qarşısını almaq məqsədi ilə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və təhlil edilməsini həyata keçirmək;
- Büdcə üçün maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin təhlil edilməsini həyata keçirmək;
- Logistik tariflərin formalaşdırılması və bizneslərə tətbiqi;
- Aylıq hazırlanan mənfəət və zərər hesabatının gəlirlər bölümünə növləri üzrə lazım olacaq məlumatların yerləşdirilməsi və onların əvvəlki aylarla müqayisəli təhlilini təmin etmək;
- Ehtiyac olduqda investisiya qərarlarının qəbulu zamanı gələcəkdə istifadə məqsədilə iqtisadi şəraitin proqnozlaşdırılması, gələcək gəlir və xərclərin hesablanması üçün maliyyə məlumatlarını təhlil etmək;
- Aylıq KPİ -ın çıxarılması və ölçülməsi prosesinə dəstək göstərmək;
- Rəhbərlik tərəfindən verilən yazılı və şifahi tapşırıqları icra etmək.
Tələblər:
- Komandada işləmək bacarığı;
- Problemləri həll etmə bacarığı və punktuallıq;
- Yüksək analitik təhlil qabiliyyəti;
- MS Office proqramları biliyi (yüksək səviyyədə);
- Hesabatlılıq ;
- Yaxşı səviyyədə İngilis dili biliyi;
- Maliyyə və mühasibatlıq sahələrində beynəlxalq kvalifikasiyalar (ACCA,CİMA və CPA) arzuolunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Mobil nömrə və telefon limiti.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Biznesə Nəzarət və Maliyyə Təhlilçisi” yazmaqla CV göndərərək müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...