Qısa məzmun
Ziraat Bank Azərbaycan ASC Daxili Audit departamentinə Aparıcı /Baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifəyə olan tələblər:
- Ali təhsil (iqtisadiyyat və maliyyə sahəsində ali təhsil arzu olunandır);
- Bank sektorunda müvafiq sahədə 5 ildən artıq iş təcrübəsi;
- Yüksək analitik qabiliyyət;
Əsas vəzifələr:
- Daxili nəzarət sisteminin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
- Risklərin qiymətləndirilməsi metodologiyası, risklərin idarə edilməsi prosedurlarının tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
- Mühasibat yazılarının və maliyyə hesabatlarının dəqiqliyi və etibarlılığının yoxlanılması və qiymətləndirilməsi;
- Aktivlərin təhlükəsizliyinin təmin edilməsinin yoxlanılması və qiymətləndirilməsi;
- Risk ehtimalı ilə əlaqədar bank kapitalının yoxlanılması və qiymətləndirilməsi haqqında rəhbərə məlumatın verilməsi;
- Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi haqqında hesabat hazırlanması;
- Qayda və prosedurların həyata keçirilməsini, qanunvericiliyə və daxili təlimatlara riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi;
- Bank strukturlarının bank daxili qaydalara və risk nəzarəti sistemlərinə (ölçülə bilən və ölçülə bilməyən) əməl etməsinin yoxlanılması və qiymətləndirilməsi;
- Maliyyə və idarəedici informasiya hesabatlarının, o cümlədən xarici istifadəçilərə verilən hesabatların etibarlılığı, tamlığı, düzgünlüyü və vaxtı-vaxtında hazırlanmasının yoxlanılması və qiymətləndirilməsi;
- Elektron informasiya sistemlərinin fasiləsizliyi və etibarlılığının yoxlanılması və qiymətləndirilməsi;
- Bank fəliyyətinə dair qanun və qaydalara əməl olunmasının yoxlanılması və qiymətləndirilməsi;
- İT avadanlıqlarının və məlumatların təhlükəsizliyinə, ehtiyat surətlərinin yaradılmasına və elektron arxivlərin aparılmasına dair görülən işlərin qiymətləndirilməsi;
- Parol iyerarxiyasının ən uyğun şəkildə tətbiq edilməsinin yoxlanılması və qiymətləndirilməsi;
- Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətində təmin edilməsinin yoxlanılmasına dair hesabatların hazırlanması;
- Qeyri-səmərəlilik, hadisələr və işdə ləngimələr barədə daxili auditə məlum olan məlumatlar və bank üçün əhəmiyyət kəsb edən müşahidələr barədə Daxili Audit Departamentinin rəhbərini dərhal məlumatlandırması;
- Səhmdarı olduğu hüquqi şəxslərdə yoxlamaların həyata keçirilməsi;
- Çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə fəaliyyətinin qanunvericiliyə uyğunluğunun yoxlanılması;
Göstərilən tələblərə cavab verən namizədlər Mart ayının 15-dək öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Audit” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...