Maliyyə departamentinin eksperti
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Bank of Baku Maliyyə departamentinin eksperti vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Maliyyə və İqtisadiyyat üzrə bakalavr və ya magistr dərəcəsi
  • Yaxşı səviyyədə Azərbaycan dili və İngilis dili bilikləri
  • MS Office (Word, Excel) proqramları ilə əla işləmək bacarığı
  • Sahə üzrə 1 ilədək iş təcrübəsi
  • Riyazi analiz və məntiqi düşünmə qabiliyyəti
  • F2, F3 və F6 sertifikatlarının olması arzu olunandır.
  • Vergi məcəlləsindən məlumatlı olmalıdır.

Əsas vəzifə və öhdəliklər:

  • ƏDV ödəyicilərinin dövriyyələri barədə aylıq hesabatın hazırlanması
  • Aylıq (ƏDV, Nağd vəsaitlərin məxaricinə görə sadələşmiş vergi, idman oyunlarından əldə edilmiş vəsaitlərə görə ÖMV) hesabatların hazırlanması
  • Rüblük (ÖMV, Muzdlu əməklə bağlı vahid bəyannamə) hesabatların hazırlanması
  • İllik (Mənfəət, Əmlak və Torpaq vergisi) bəyannamələrin hazırlanması
  • Kameral vergi məktublarına cavabların hazırlanması
  • İş yeri: Baş İdarə
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Müraciət qaydası:

Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura  və ya CV-ləri  subject bölməsində Maliyyə departamentinin eksperti qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı