Optik təmsilçi
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Fokus Optika MMC Optik təmsilçi vəzifəsi üzrə vakansiya elan edir. Satış prinsipləri və texnikaları üzrə biliklər tələb olunur.

Bakı, Bakı kəndləri, Xırdalan üçün keçərlidir.

Vəzifə öhdəlikləri:

  • Optik reseptə uyğun olaraq düzgün ölçü və dizayn ilə müştəriyə müvafiq məlumatların verilməsi;
  • Çərçivə və şüşələri seçməkdə müştəriyə köməklik edilməsi;
  • Linzaların spesifikasiyalara uyğun olmasının təmin edilməsi;
  • Şüşələrin sifarişləri üçün müvafiq şöbəyə müraciətlərin edilməsi;
  • Müştərilərin iş sifarişlərinin, reseptlərinin və ödənişlərinin qeydinin aparılması

Vəzifə tələbləri:

  • Təhsil -Orta;
  • Cins- Qadın;
  • Yaş həddi: 25-40;
  • Satış təcrübəsi arzu olunandır;
  • Məhsulları təqdim etmə bacarığı.

Biz Sizə təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Karyera yüksəlişi imkanı;
  • Ödənişsiz təlimlər;
  • Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Qeyd: İlkin müsahibədən seçilən namizədlər peşəkar təlimlərdən sonra işlə təmin olunacaqlar.

Müraciət etmək istəyən namizədlərdən öz şəkilli CV-lərini mövzu yerində “Optik təmsilçi” yazaraq  vacancy@focusoptika.az  e-mail ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı