Qısa məzmun
eManat Aparıcı backend proqramçı vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Proqram arxitekturasının dizaynı və proqramların tərtib edilməsi
- Lazımı server və məlumat bazalarının yaradılması
- Mikroservislerin və API-lərin dizayn edilməsi, yazılması və test edilməsi
- Texniki sənədlərin hazirlanması
- Mövcud layihələrdə təkmilləşdirmə, optimallaşdırma və texniki dəstək işlərinin aparılması
Texniki tələblər:
- OOP prinsiplərini dərindən bilməli;
- Java proqramlaşdırma dili üzrə dərin biliklər;
- Clean code prinsiplərini bilməli;
- JEE (EJB / CDI komponentlər) üzrə biliklər;
- Spring Core, Spring Boot, Spring Data, Spring WEB, Spring Security üzrə biliklər;
- ORM (Hibernate) bilikləri;
- GIT ilə işləmə bacarığı;
- Microservice arxitekturası və REST api serverlər haqda biliklər;
- SQL verilənlər bazası (Oracle, Postgresql) bilikləri;
- Kafka və ya digər mesajlaşma platforması ilə təcrübə;
- Gitlab, CI/CD, Kubernetes, Docker, API Gateway bilikləri arzuolunandır
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi e-mail ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Aparıcı backend proqramçı” yazılmalıdır.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...