Qısa məzmun
Shahdag Hotel Company Çağrı mərkəzi operatoru vəzifəsi üzrə vakansiya elan edir.
Əmək funksiyası:
- Telefon vasitəsi ilə daxil olan zəngləri cavablandırmaq;
- Müştərinin ehtiyacını qarşılamaq üçün ətraflı cavab vermək və səlahiyyəti çərçivəsində müştərinin problemini həll etmək;
- Düzgün məlumat axtarışı və əməliyyat müddətini müəssisənin müəyyən etdiyi vaxt çərçivəsində yerinə yetirmək;
- Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
- Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
- Çağrı mərkəzi tərəfindən həlli mümkün olmayan zəngləri aidiyyəti şöbələrə və ya şəxslərə yönləndirmək;
- Peşəkar fəaliyyətlə əlaqəli olan uyğun sənədləri hazırlamaq, yoxlamaq və tətbiq etmək;
Bacarıqlar:
- Səlis və aydın danışıq qabiliyyəti, yaxşı diksiya;
- Təzyiq altında işləmə, yüksək ünsiyyətqurma və dinləmə bacarığı;
- Fərdi və komanda tərkibində işləmə bacarığı;
Dil bilikləri:
- Yüksək səviyyədə Azərbaycan, Rus, İngilis dili biliyi
İş təcrübəsi:
- Müvafiq sahədə iş təcrübəsinə malik olan namizədlərə üstünlük verilir
Necə müraciət etməli:
- Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
- Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Çağrı mərkəzi operatoru” göstərilməsi xahiş edilir, əks halda müraciətlərinizə baxılmayacaq.
- İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
- Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
500₼
Qeydiyyatçı1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...
Əlavə xidmətlər üzrə operator
Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisiEmbafinans, ...
Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə )
Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...