Qısa məzmun
Avromed Company QSC Sənəd dövriyyəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Daxil olan sənədləri Elektron Sənəd Dövriyyəsi sisteminə daxil etmək və qeydiyyatını aparmaq;
- Daxil olan sənədlərin icrasının nəticəsi olaraq dərkənar müəllifinə məruzə olunan xidməti sənədlərin və xaricolmaların ekspertizasını aparmaq;
- Şirkətdə sənəd dövriyyəsinin operativ və optimal şəkildə təşkilini təmin etmək;
- Sənədlərin icra müddətinə nəzarətin həyata keçirilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək;
- Şirkətin ümumi nomenklatur-siyahısını tərtib etmək, tabe qurumlarda ümumi nomenklatur-siyahının hazırlanması zamanı metodiki tövsiyələr vermək;
- Şirkətə daxil olan sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtında və düzgün icrasına nəzarət etmək;
- Şirkətdə kargüzarlıq qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərdə iştirak etmək və işin təşkili ilə bağlı təkliflər vermək;
- Şirkətə daxil olan sənədlərin icra vəziyyətinin monitorinqini aparmaq, aylıq, rüblük və illik hesabatların hazırlanmasını təmin etmək;
- Şirkətdə kargüzarlıq sisteminin təkmilləşdirilməsi üçün fəaliyyət istiqamətlərinə uyğun təkliflər vermək, təlimat və reqlamentiv sənədlər işləyib hazırlamaq, onların tətbiqini təşkil etmək;
- Arxiv işinin təşkili üzrə əsasnamə və təlimatların tərtib olunmasında iştirak etmək;
- Şöbənin fəaliyyətinə aid illik iş planlarının hazırlanması;
- Şöbənin fəaliyyətinə aid hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək;
- Şöbəyə icraya daxil olan sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılmasını, cavablandırılmasını və icrasını təmin etmək;
- Rəhbərliyin imzası ilə xaric olan və xidməti məktubların, sərəncamverici sənədlərin texniki, qrammatik və orfoqrafik redaktəsi.
Tələblər:
- Ali təhsil (Hüquq, beynəlxalq hüquq və s. müvafiq humanitar sahələr üzrə);
- Müvafiq sahə üzrə azı 4 il iş stajı;
- Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
- Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı;
- Azərbaycan dilinin qrammatikasını yüksək səviyyədə bilməli;
- Rus və ingilis dillərini bilməli;
- Kargüzarlıq işinin təşkili qaydalarını bilməli;
- Elektron sənəd dövriyyəsi proqramlarında iş təcrübəsi olmalı.
Maraqlananlar CV-lərini elektron ünvanına 25.02.2022-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Sənəd dövriyyəsi üzrə mütəxəssis” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...