Qısa məzmun
Auto Azerbaijan LLC Avtomobil servisi üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:
- Təşkilat, professionalizm və heyət nöqteyi nəzərindən ona tabe olan sahənin idarə edilməsi və monitorinqinin (işə nəzarət edilməsi və nəticələrin təhlili) aparılması
- Şöbənin inkişafı və şöbədə baş verən qeyri-tipik hadisələr barədə müntəzəm və fövqəladə məlumatların təqdim edilməsi
- Səlahiyyətə müvafiq olaraq qərarların qəbul edilməsi
- Həvalə edilmiş şöbənin nəzarət və müşahidə altında saxlanılması
- Servisin strateji və əməliyyat planlarının hazırlanmasında yaxından iştirak edilməsi və strateji plan qrupunun zəruri məlumatlarla təmin edilməsi
- Müəssisənin servislə əlaqəli strategiyasının və büdcəsinin işlənib hazırlanmasında, servis siyasətinin həyata keçirilməsi üçün əməliyyat planlarını hazırlayıb strategiya qrupunun müzakirəsinə təqdim edilməsi
- Servis üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi
- Servis performansının yoxlanılması (günlük işlərin və məhsuldarlıq səviyyəsinin yoxlanılması, qarantiya sənədləri və hesabatlar, anket araştırması vs)
- Vəzifə təlimatlarına və servis hədəflərinə əsaslanaraq işçilərin performanslarının qiymətləndirilməsində iştirak edilməsi
- Servis daxili treyninq proqramlarının hazırlanmasında, servis şöbəsi üçün texniki məlumat kurslarında iştirak edilməsi
- Müştəri şikayətləri ilə məşğul olması, maraqlanması
- Servis üçün ehtiyac olan yeni alət və ləvazimat ehtiyacını müəyyənləşdirmək, onların satın alınmasının təmin edilməsi
Tələblər:
- Biznes və ya digər əlaqədar sahələr üzrə ali təhsil;
- Əlaqədar sahə üzrə ən azı 5 il idarəetmə təcrübəsi;
- Xarici dil biliyi (İngilis, Rus)
- MS Office və ERP proqramlarından istifadə
- Müxtəlif marka və növ (model) avtomobillər haqqında ümumi məlumat (HYUNDAİ, KİA, TOYOTA, MERCEDES, FORD, CHEVROLET)
- Avtomobilin satış və satış sonrası xidmət prosesi haqqında məlumat
- Planlaşdırma, koordinasiya və idarəetmə qabiliyyəti
- Müştəri məmnuniyyətinin təmin edilə bilməsi üçün müştəri xidmət standartlarının təşkilini və nəzarətini bilməli
- Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü, idarəedici;
Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
- 6 günlük iş rejimi;
- Əmək haqqı – Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.
Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi “Avtomobil servisi üzrə menecer” başlığı ilə göndərə bilərsiniz.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
İceland şirkəti GPS üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group AZ Dizayn Group Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.vəzifəsi üzrə vakansiya elan edir. ...
FoxExpress MMC sürücü vəzifəsi üzrə vakansiya elan edir. Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməlidir. ...
Hajigabul Poultry Farm Company Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
Deziline MMC sürücü-dezinfektor (öz şəxsi maşını ilə) vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group AZ Dizayn Group Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.vəzifəsi üzrə vakansiya elan edir. ...