Qısa məzmun
Veysəloğlu Şirkətlər Qrupu Onlayn satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı
Təhsil: İqtisadi və ya marketinq sahəsində ali təhsil
Vəzifə öhdəlikləri:
- Sayt üzərindən reallaşan B2B satışlarının izlənilməsi;
- WEB saytın daima dinamik saxlanılması və texniki düzəlişlərin təşkili;
- Rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması;
- E-ticarət performansını yaxşılaşdırmaq üçün strategiyalar təyin edilməsi və tətbiq edilməsi;
- E-ticarət mağazasına bağlı əməliyyat prossesi axınlarının yaradılması, izlənməsi və idarə edilməsi;
- İş axışı üçün müvafiq strukturlarla əlaqənin təmin edilməsi və prossesin idarə edilməsi;
- Sistemlə bağlı mütəmadi olaraq rəhbərliyə təkliflərin verilməsi
Vəzifə tələbləri:
- MS Office biliyi (Excel yaxşı səviyyədə)
- Analitik düşünmə bacarığı
- Yeniliklərə açıq olmaq
- Diqqətli, nəticəyə yönümlü
- Aydın və qısa şəkildə ünsiyyət bacarığı
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük, 09:00-18:00
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Onlayn satış koordinatoru” yazaraq CV göndərməklə müraciət edilir.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
800 — 1300 ₼
Optik Tibbi NümayəndəAzəriMed QSC Optik Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...