Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AzerGold CJSC Metallurq (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi) vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Daşkəsən rayonu
Əsas vəzifə və öhdəliklər:
- Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət etmək;
- Topa aşındırma sahəsinə və kömürə gündəlik məhlul axınının planlanan şəkildə olmasına nəzarət etmək;
- Gündəlik metallurgiya (metallurji balans) hesabatının hazırlanmasına nəzarət etmək;
- Qızıl axınının ölçülməsinə nəzarət;
- Topa qələviləşdirmə sahəsində Aqlomerator məhsulunun gündəlik olaraq izlənməsinə nəzarət etmək;
- Aylıq sütun (yığın) testlərinin təşkili, Topa qələviləşdirmə sahəsindən gündəlik filiz nümunələrinin götürülməsinə nəzarət etmək;
- Gündəlik məhlul nümunəsinin götürülməsi, məhlulda pH, sianid və qızıl-gümüş tərkibinin yoxlanılmasına nəzarət etmək;
- Sianidlə leach performansın və kömürün adsorbsiya aktivliyini (adsorbsiya performansı) müəyyən etmək üçün nümunə nəticələrini gündəlik izləmək;
- Bütün nümunələrin gündəlik toplanmasına nəzarət etmək;
- Götürülən nümunələrin və nümunə götürülmə üsulunun yaxşı olmasını təmin etmək, tədqiq etmək və lazım olarsa inkişaf etdirmək;
- Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək;
- Şüşə diyirləmə testinin lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək;
- Topa qələviləşdirmə sahəsində lazım olan sementin yoxlanılması üçün sement istifadə testinin aparılmasına nəzarət etmək;
- Topa qələviləşdirmə sahəsində perkolyasiya (süzülmə) səviyyəsini yoxlamaq üçün stabillik testinin aparılmasına nəzarət etmək;
- Regenerasiya olunmuş və turşu ilə yuyulmuş kömürün təzə kömür və doymuş/boş kömürə görə aktivliyinin həftəlik olaraq ölçülməsinə nəzarət etmək;
- Emal sahəsi və qızıl otağında maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət etmək;
- Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək;
- Hasilat prosesi barədə günlük, həftəlik və aylıq hesabatların verilməsinə nəzarət etmək;
- Metal əritmə və qəlibləmə prosesinin təşkilinə nəzarət etmək;
- Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Müvafiq qanunvericilik aktları və normalarını;
- Hasilat norma və qaydalarını bilməli;
- Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (yaxşı), Rus dili arzuolunandır. Microsoft Office proqramlarını bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (müvafiq sahə üzrə);
- Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər saytın karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az