Qısa məzmun
Bioderma Tibbi nümayəndə (xanım) vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri və tələblər:
Xəzinəmed MMC şirkəti Azərbaycanda rəsmi olaraq Bioderma, Institut Esthederm və Etat Pur brendlərinin distirutorudur. BIODERMA,ESTHEDERM, ETAT PUR dünya dermatoloqları tərəfindən ən çox məsləhət görülən brendlerdlərdir. Dünyanın 130-dan çox ölkəsində satılan bu brendlər Azərbaycan bazarındakı payını dünya bazarına paralel olaraq genişləndirməyə davam edir. Böyüyən komandamıza təcrübəli Tibbi satış nümayəndəsi axtarışındayıq.
- Dermatoloq, Pediatr, Allerqoloq,Həkim Kosmetoloq və Kosmetolologiya sektorunda ən az 3 il iş təcrübəsi olan,
- Həkimlərlə və/ və ya estetik mərkəzlərlə aktiv işləməyi bacaran,
- Ali təhsilli, Azərbaycan və Rus dillərini səlis, İngilis dilini və Türk dilini ən az orta səviyyədə bilən,
- Sürücü vəsiqəsi olan və fəal avtomobil sürməyi bacaran,
- Həkimlərlə sıx və yüksək səviyyəli münasibət qura bilən,
- Səyahət edə bilən (Bakı və digər şəhərlərdə dermatoloq ziyarəti edən),
- Hərəkətli iş rejimində işləməyi bacaran
Vəzifələr:
- Cavabdeh olduğu xəstəxana və klinikalarda – Həkimləri müntəzəm ziyarət etmək və firma məhsullarının reseptlə yazılmasını təmin etmək,
- Məhsulların estetik mərkəzlərdə və ya klinikalarda satışına nəzarət etmək,
- Bazarın, rəqiblərin araşdırılması və tələbatın müəyyənləşdirilməsi,
- Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi,
- Həkim bazasının formalaşdırmaq və müntəzəm olaraq yeniləmək,
- Rəqib analizi aparmaq,
- İndividual fəaliyyət planını həyata keçirmək,
- Seminar və təqdimatlar təşkil etmək və keçirmək,
- Gündəlik iş hesabatlarını rəhbərliyə vaxtında və tam şəkildə təqdim etmək.
Qeyd: 2 Tibbi Nümayəndə işə alınacaqdır:
- Dermatoloq, Həkim kosmetoloq, Kosmetoloq və Estetik mərkəzlərlə işləməyi bacaran və bazası olan.
- Pediatr və Allerqoloqlarla işləməyi bacaran və bazası olan.
İş qrafiki:
- 5 günlük iş norması (bazar istirahət günü)
- İş vaxtı : 09:00 – 18:00
- Əmək haqqı üzbəüz danışıqlara əsasən qərarlaşdırılacaq.
- Vakansiyayla maraqlanan şəxslərin şəkilli CV-lərini mövzu bölməsinə “TİBBİ NÜMAYƏNDƏ” yazaraq göndərmələri xahiş olunur.
- Qeyd : Təcrübəsiz şəxslərin müraciətləri nəzərə alınmayacaqdır. Sadəcə qadın namizədlərin CV ləri diqqətə alınacaq.
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...