Qısa məzmun
Sika LLC Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Əmək funksiyaları:
- Şirkətə aid olan layihələrin icrası zamanı lazımi qrafik eskizləri tərtib etmək və rəhbərliklə müzakirə etdikdən sonra müvafiq dəyişiklikləri tətbiq etmək;
- Korporativ üsul və brenddən istifadə qaydalarına uyğun olaraq Şirkətə ümumi dizayn materiallarının hazırlanması və təhvil verilməsinə görə cavabdehlik daşımaq;
- Marketinq fəaliyyətinin brendinqə dair əlaqə məqsədləri və standartlarına uyğun olmasını təmin etmək;
- Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsi təmin etmək;
- Tərtibat prinsipləri və estetik dizayn konsepsiyaları əsasında dizayn, konsepsiya və nümunə tərtibatlarını yaratmaq;
- Aparılan işlər üzrə şöbə müdirinə hesabatlar hazırlamaq;
- Şirkətin məhsullarının şəkilləri, loqotipləri və internet səhifələri üçün qrafika, foto şəkilləri və tərtibatları yaratmaq;
- Şirkət rəhbəri və şöbə müdirinin göstərişi ilə səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək.
Bilməlidir:
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə verilən şifahi, yazılı göstərişlərin və şirkətdaxili mövcud qaydaların icrasını təmin etmək.
- Şirkətə aid olan informasiyaların məxfiliyini qorumaq.
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları hazırlamaq və işlərin yüksək keyfiyyətlə icrasına məsuliyyət daşımaq.
- Əmək qanunvericiliyi ilə tələb olunan əlavə funksiyaları yerinə yetirmək.
Vəzifə tələbləri:
- Ali təhsil.
- İş təcrübəsi: 3 ildən az olmayaraq.
- Kompüter bilikləri: Ms Windows sistemi, Microsoft office proqramları, İnternet brauzer proqramları və s. (yüksək səviyyədə). Adobe PhotoShop, Adobе-İllustrator, Adobе InDesign, CorelDraw kimi qrafik proqramlarda işləmə bacarığı (yüksək səviyyədə).
- Dil bilikləri: rus dili (orta səviyyədə), ingilis dili (əla səviyyədə)
Maraqlı şəxslər CV-lərini “Qrafik dizayner” mövzu başlığı ilə poçt ünvanına göndərsinlər. Yalnız birinci mərhələdən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
3D dizayner
Brain Solutions 3D dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
Qrafik dizayner
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D dizayner
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...