Qısa məzmun
Super Toys Mağaza Adminstratoru üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək
- Mağazaya təyin edilən hədəfə çatmaq
- Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək
- Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq
- Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək
- Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək
- Günlük və aylıq hesabatları hazırlayıb gərəkli şöbələrə yönəltmək
Namizədə tələblər:
- Dil bilikləri: Rus dili-əla
- Kompüter bilikləri: MC Office – sərbəst işləmək
- İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq)
- Analitik düşüncə qabiliyyəti
- Retail sektorda mağaza meneceri kimi ( idarəetmədə ) minimum 1 il iş təcrübəsi mütləqdir
- Satış texnikası, idarəçilik qabiliyyəti
- 25-45 yaş arası xanımlar
Oxşar vakansiya siyahısı:
800 — 1300 ₼
Optik Tibbi NümayəndəAzəriMed QSC Optik Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...